İzmirdə anbarda güclü yanğın olub


  • 06:23

Türkiyənin İzmir şəhərində anbarda yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Konak rayonunda plastik məmulatların olduğu anbarda naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə polis, tibb və çoxlu sayda xilasetmə qrupu cəlb edilib.

Anbarın yanında yerləşən xəstəxanada müalicə alan xəstələr qruplar tərəfindən təxliyə edilib.

Bir müddət sonra yanğının qarşısı alınıb.

Hadisə ilə bağlı bir nəfər saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər