- 13:58
Türkiyənin Batman şəhərində evin balkonu uçub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Batmanın Beşiri rayonunda yerləşən fərdi yaşayış evinin eyvanında təmir işləri zamanı bədbəxt hadisə baş verib.
Eyvanın uçması nəticəsində 3 fəhlə və evdə yaşayan 7 nəfər uçqun altında qalıb.
Bölgəyə təcili yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.
Tibb qrupları 3 nəfərin hadisə yerində öldüyünü müəyyən edib.
Yaralılar sağlamlıq qrupları tərəfindən Batman Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə