- 12:30
Türkiyənin Konya şəhərində ailə faciəsi baş verib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konyanın Karatay rayonu Tatlıcak məhəlləsində ailə üzvləri arasında mübahisə başlayıb.
Mübahisə zamanı ailənin kürəkəni qaynı Ceyhun Bakırı tüfənglə güllələyib. Özü isə bıçaqlanıb.
Yaralılar təcili yardımla Konya Şəhər Xəstəxanasına aparılıb.
Bütün müdaxilələrə baxmayaraq Ceyhun Bakırın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə