- 14:30
Türkiyənin Mardin şəhərində məhkəmə hakimi intihar edib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Mardinin Artuklu rayonunda hakim qaldığı otel otağında öz silahı ilə intihara cəhd edib.
Silah səsini eşidən otel işçiləri A.H-nin qaldığı otağa daxil olub.
Hadisə yerinə dərhal tibb və polis qrupları göndərilib.
Oteldə ilkin tibbi yardım alan A.H daha sonra təcili yardımla Mardin Araşdırma Xəstəxanasına aparılıb. H
Hakimin başından ağır yaralandığı və vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı geniş araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə