Ata və oğul göldə boğularaq öldü


  • 08:21

Türkiyənin Burdur şəhərində ata və oğul göldə boğularaq ölüb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankaradan gələn Hüseyn Aybalık və oğlu Berat Kaan Aybalık Burdurun Yeşilova rayonunada Salda gölünə gediblər.

Bir müddət sonra göldə yoxa çıxan ata və oğulun axtarışlarına təhlükəsizlik qüvvələri, jandarma və xilasedici qrupla cəlb edilib.

Qayıqla göldə axtarış zamanı ata və oğulun cəsədi 60 metr aralıda aşkarlanıb.

Tibb qruplarının müayinəsindən sonra ata və oğulun həyatını itirdiyi müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər