Avtomobillə motosiklet toqquşub, ölənlər və yaralı var


  • 08:29

Türkiyənin Ərzincan şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərzincanın Kırklar küçəsində avtomobillə motosiklet toqquşub.

Qəza yerinə tibb və polis qrupları cəlb edilib.

Motosiklet sürücüsü A.T. və motosikletdəki sərnişin N.Ç. hadisə yerində həyatını itirib.

Qəza zamanı xəsarət alan digər sürücü isə xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər