- 14:30
İsrail HHQ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds Qanadının mənzil-qərargahına hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
“Hava Qüvvələrinin döyüş təyyarələri kəşfiyyat şöbəsinin dəqiq və mötəbər kəşfiyyat bələdçiliyi ilə İnqilab Keşikçilərinin Qüds Qanadının və İran ordusunun mənzil-qərargaha hücum edib”, - məlumatda vurğulanıb.
Bildirilib ki, bu qərargahlarda Qüds qüvvələrinin vəzifəliləri “İran rejiminin Yaxın Şərqdəki nümayəndələri vasitəsilə İsrailə qarşı terror əməliyyatları planlaşdırırdılar”.
mənbə: Report