Türkiyənin 18 vilayətində İŞİD-ə qarşı əməliyyat: saxlanılanlar var


  • 10:48

Son 2 həftədə Türkiyənin 18 vilayətində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 39 şübhəli şəxs yaxalanıb.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir bildirib ki, Respublika Baş Prokurorluğu və Jandarma Baş Komandanlığı tərəfindən Adana, Bursa, Çankırı, Çorum, Dənizli, Eskişehir, Hatay, İstanbul, Kahramanmaraş, Kastamonu, Kayseri, Kilis, Kocaeli, Osmaniye, Sakarya, Samsun, Şanlıurfa və Tekirdağda əməliyyatlar keçirilib.

Şübhəlilərin İŞİD terror təşkilatına üzv olduqları, təşkilata maliyyə təmin etdikləri və sosial media hesabları vasitəsilə terrorçuluğu təbliğ etdikləri müəyyən edilib.

Əməliyyatlar nəticəsində çoxlu sayda təşkilati sənəd və rəqəmsal materiallar ələ keçirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər