Ukraynada hökumət nümayəndələrinə qarşı terror aktının qarşısı alındı


  • 11:15

Ukraynanın Xerson vilayətində Kiyevin göstərişi ilə dövlət rəsmilərinə qarşı terror aktı hazırlayan rusiya vətəndaşı saxlanılıb.

E-huquq.az TASS-a istinadən xəbər verir ki, şübhəli şəxs Xerson vilayəti administrasiyasının rəsmilərindən birinin avtomobilini partlatmaq üçün anbardan əldəqayırma partlayıcı qurğu çıxarıb.

Axtarış zamanı onun üzərindən “C-4” markalı, ümumi çəkisi 1250 qram olan xaricdə istehsal olunan partlayıcı maddə, elektrik detonatoru və proqramlaşdırıla bilən idarəetmə bloku aşkar edilib.

Humay Eminqızı

Oxşar xəbərlər