- 18:31
Peruda 5,6 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Zəlzələnin episentri ölkənin liman şəhəri Kallaodan 23 kilometr cənub-qərbdə olub.
Təxminən 53,5 kilometr dərinlikdə baş verən zəlzələ ilk növbədə paytaxt Lima və ətraf şəhərlərdə hiss olunub.
Milli Fövqəladə Əməliyyatlar Mərkəzinin (COEN) verdiyi açıqlamaya görə, zəlzələ nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Limadakı "Alberto Gallardo" stadionunda "Sportinq Kristal" və "Deportivo Qarsilaso" klubları arasında keçirilən qarşılaşma zəlzələ zamanı qısa müddətə dayandırılıb.
Şəbnəm Mehdizadə