Tramp mühacirlərin deportasiyası ilə bağlı işlərin gücləndirilməsi barədə göstəriş verdi


  • 12:22

ABŞ prezidenti Donald Tramp ölkədəki mühacirlərin deportasiyası ilə bağlı işlərin gücləndirilməsi barədə göstəriş verib.

E-huquq.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.

Miqrasiya və Gömrük Mühafizəsi İdarəsinin (ICE) qeyri-qanuni mühacirlərə qarşı ən böyük kütləvi deportasiya əməliyyatı həyata keçirdiyini deyən Tramp, “Bizim işimizi görməyimizə heç nə mane ola bilməz” - deyə bildirib.

Tramp ICE əməkdaşlarına "tarixdə yeganə ən böyük kütləvi deportasiya proqramını həyata keçirmək üçün əllərindən gələni etməyi" əmr edib.

Los-Anceles, Çikaqo və Nyu York kimi şəhərlərdə qeyri-qanuni mühacirlərin deportasiyası və saxlanması üçün səylərin gücləndirilməsi lazım olduğuna diqqət çəkən Tramp, bu şəhərlərdəki Demokrat siyasətçiləri qeyri-qanuni mühacirlərdən istifadə edərək “elektoratlarını artırmaqda” və “ABŞ vətəndaşlarından iş və imkanları oğurlamaqda” günahlandırıb.

Trump federal hökumətin qeyri-qanuni mühacirləri geri qaytarmaq üçün işini davam etdirəcəyini açıqlayıb və bəzi qurumlara, o cümlədən təlimat verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər