ABŞ-də sel və daşqınlar 5 nəfərin ölümünə səbəb olub


  • 12:25

ABŞ-nin Qərbi Virciniya ştatında güclü yağışın səbəb olduğu daşqınlarda 5 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb

Məlumata görə, həftəsonu güclü külək və yağış ştatın müxtəlif bölgələrinə təsir edib.

Qərbi Virciniya qubernatoru Patrik Morrisi verdiyi açıqlamada sel fəlakəti nəticəsində 5 nəfərin həyatını itirdiyini, 3 nəfərin isə itkin düşdüyünü bildirib.

Morrisey qeyd edib ki, sel nəticəsində bəzi binalar dağılıb.

İtkin düşmüş şəxslərin axtarışları pilotsuz uçuş aparatları, axtarış-xilasetmə itləri və təcili yardım qruplarının dəstəyi ilə davam edir.

Milli Meteorolojgiya Xidməti (NWS) insanların qəfil daşqınlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib və seldən zərər çəkmiş ərazilərdə fövqəladə vəziyyət elan edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər