- 19:28
Türkiyənin Ədirnə şəhərindən xaricə qaçmağa hazırlaşan şəxslər yaxalanıb.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarıqeyri-qanuni miqrantların və FETÖ üzvlərinin xaricə aparılmaq üçün şəhərə gətirildiyini müəyyən edib.
Qruplar şübhəli 2 avtomobili təqib etməyə başlayıb.
Nəqliyyat vasitələrinin birində 4 əfqan miqrant, digərində isə 5 FETÖ üzvü müəyyən edilərək saxlanılıb.
Şəbnəm Mehdizadə