- 20:13
İranın son üç gün ərzində İsrail ərazisinə endirdiyi raket zərbələri nəticəsində 24 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, 24 nəfər ölüb, 592 nəfər isə yaralanıb:
“Zərərçəkənlər arasında on nəfərin vəziyyəti ağır, 36 nəfər orta dərəcəli xəsarət alıb, 546 nəfərdə yüngül xəsarətlər aşkarlanıb".
D.Gendelman İsrailə ümumilikdə 370-dən çox ballistik raketin atıldığını vurğulayıb.