- 20:13
Almaniyanın Frankfurt şəhərindən Hindistanın Haydarabad şəhərinə uçan Lufthansa Hava Yollarına məxsus sərnişin təyyarəsi bomba xəbəri səbəbilə Frankfurt Hava Limanına geri dönüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Boeing 787-9 Dreamliner" tipli təyyarə bazar günü Frankfurt Hava Limanından havaya qalxdıqdan sonra bomba təhlükəsi ilə bağlı xəbər alınıb. Bu səbəbdən təyyarə geri dönərək yerli vaxtla saat 18:30-da Frankfurt Hava Limanına problemsiz eniş edib.
Alman mediası bildirir ki, təxminən 200 sərnişin gecəni hava limanında keçirib. Onların viza olmadan tranzit zonada qaldıqları üçün burada kamp çarpayıları qurulub və sərnişinlər qida ilə təmin edilib.
Hindistan mətbuatının məlumatına əsasən, təyyarə havada təxminən iki saat qalıb və təhlükə xəbəri Bolqarıstan hava məkanında alınıb. Təyyarənin Qara dəniz sahilinə yaxın bir nöqtədə geriyə döndüyü və Frankfurt istiqamətinə yönəldiyi qeyd edilib.
Şəbnəm Mehdizadə