Türkiyədə fabrikdə yanğın baş verib


  • 14:22

Türkiyənin Bursa şəhərində fəaliyyət göstərən fabrikdə yanğın baş verib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mebel istehsal edilən fabrikdə naməlum səbəbdən yanğın başlayıb.

Əraziyə çoxlu sayda yanğınsöndürənlər cəlb edilib. Yanğın qısa müddət sonra söndürülüb.

Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Humay Eminqızı

Oxşar xəbərlər