- 20:13
Honq-Konqdan Hindistana uçan təyyarə texniki nasazlığa görə geri qayıdıb.
E-huquq.az "Hindustan Times" qəzetinə istinadən xəbər verir ki, Honq-Konqdan Hindistanın paytaxtı Yeni Dehliyə uçan "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" tipli təyyarə texniki nasazlıqdan sonra uçuş nöqtəsinə qayıdıb.
Təhlükəsiz eniş edən təyyarənin ehtiyat tədbiri olaraq müxtəlif yoxlamalardan keçdiyi bildirilib.
Sərnişinlərin ən qısa zamanda Yeni Dehliyə daşınması üçün lazımi tədbirlərin görüldüyü qeyd edilib.
Şəbnəm Mehdizadə