- 22:26
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 68 ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, ötən gün 182 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 5 139 fələstinli həyatını itirib, 16 882 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 55 432-yə, yaralıların sayı isə 128 923-ə çatıb.
Humay Eminqızı