- 22:26
Türkiyə Xarici İşlər nazirinin müavini, səfir Berris Ekinci ilə Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyan arasında Ankara şəhərində görüş keçirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Görüş zamanı tərəflər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.