- 00:03
Türkiyə İran-İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Türkiyə hərbi gərginliyi dayandırmaq üçün ciddi diplomatik səylər ortaya qoyur:
"Bu məqsədlə müxtəlif ölkələrinin liderləri ilə danışmışam. Mümkün problemin həlli diplomatiya və dialoq yolu ilə mümkündür. İrana hücum təkcə İrana aid olan hadisə deyil", - Ərdoğan bildirib.