Çin İsraildəki vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edir


  • 07:12

Çinin İsraildəki səfirliyi ölkədəki vətəndaşlarına İordaniya ilə sərhədi keçməyə üstünlük verilməsinin vacibliyini qeyd edərək, onlara ölkəni quru sərhədləri vasitəsilə tez bir zamanda tərk etməyi tövsiyə edib.

E-huquq.az xəbər verir ki, bu haqda səfirliyin rəsmi “WeChat” hesabında yaydığı bəyanatda deyilir.

“Hazırda İsrail və İran arasında münaqişə kəskinləşməkdə davam edir, bir çox mülki obyektə ziyan dəyib, mülki əhali arasında itkilərin sayı artmaqda davam edir və təhlükəsizlik vəziyyəti daha da ciddiləşib”, - bəyanatda deyilir.

Oxşar xəbərlər