Fətullah Gülənin əmisi oğlu saxlanıldı


  • 08:50

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin əmisi oğlu Kəmaləddin Gülən sosial həbs edilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu FETÖ lideri Fətullah Gülənin əmisi oğlu Kemalettin Gülənin sosial media hesabında “yahya_kema5566” istifadəçi adı ilə Mustafa Kamal Atatürkü və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanı təhqir edən paylaşımlar etdiyini müəyyən edib.

Prokurorluq həmin şəxs barəsində “Atatürkə qarşı işlənən cinayətlər haqqında qanun” və “Prezidenti təhqir etmək” ittihamı ilə həbs qərarı çıxarıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Kamaləddin Gülən saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər