- 15:21
Türkiyənin Çanaqqala şəhərində hərəkətdə olan gəmidə yanğın baş verib
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kumkale sahillərində Antiqua və Barbuda bayraqlı 120 metrlik, 7252 ümumi tonajlı "INDUSTRIALCHALLENGER" yük gəmisinin maşın otağında naməlum səbəbdən yanğın baş verib.
Gəmi kapitanının xəbərdarlığı ilə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsinə tabe olan “Kurtarma-13”, “Türkeli” yedək gəmiləri və “KIYEM-1” qayığı bölgəyə yola salınıb.
Yanğın gəminin şəxsi heyəti tərəfindən söndürülüb və Karanlık Liman bölgəsində lövbər salıb.
Şəbnəm Mehdizadə