- 15:49
Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 11 şübhəli şəxs saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-nün hazırkı tələbə təşkilatına qarşı aparılan araşdırmada 11 şübhəlinin lisey və ibtidai siniflərdə təhsil alan şagirdlər üçün təşkilati proqramlar təşkil etdiyi müəyyən edilib.
Onların təşkilata bağlılığı olan ailələrin övladlarının sədaqətini artırmaq məqsədilə kino, boulinq, gəzinti, düşərgə kimi tədbirlər təşkil etdikləri, şagirdlərin ailələri tərəfindən təşkilatın evinə və ya məsul şəxsə çatdırılması müəyyən edilib.
Prokurorluğun həbs qərarı çıxarmasından sonra təhlükəsizlik qüvvələri hərəkətə keçərək İstanbul və Kocaelidə keçirdikləri əməliyyatlarda 11 şübhəlini yaxalayıb.
Şəbnəm Mehdizadə