- 16:12
Türkiyədə məhkəmə hakiminin adından istifadə edərək dələduzluq etməkdə şübhəli bilinən vəkil saxlanılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bir nəfər vətəndaş həbsdə olan sevgilisinin azadlığa buraxılmasına kömək etməsi üçün İstanbul Vəkillər Kollegiyasının üzvlərindən birinə müraciət edib.
42 yaşlı vəkil qadına vəd verib ki, sevgilisi barəsindəki azadlıqdan məhrum etmə cəzasının cərimə cəzası ilə əvəz olunması barədə hökm çıxarılmasına kömək edəcək.
O, məhkəmənin adından saxta sənəd hazırlayaraq zərərçəkmişdən 578 min 900 Türk lirəsi alıb.
Bir müddət sonra aldadıldığını anlayan vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edib.
Araşdırmalar zamanı vəkilin daha öncə də dələduzluq cinayətinə görə ittiham olunduğu məlum olub.
Şəbnəm Mehdizadə