Məzmuna keç

Rusiyanın son hücumlarında azı 15 nəfər ölüb, 75 nəfər yaralanıb

Rusiya ordusunun Ukraynaya raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 15 nəfər ölüb, 75 nəfər isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.

Zelenski rusların gecə saatlarında paytaxt Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye bölgələrinin hədəf alındığını bildirib.

Rusların 440-dan çox İHA və 32 raketlə hücum etdiyini bildirən Zelenski, bunu Kiyevə edilən ən dəhşətli hücumlardan biri kimi qiymətləndirib.

Kiyevin 8 fərqli rayonunda dağıntıların olduğunu söyləyən Zelenski dağıntılar altından insanların xilas edilməsi üçün işlərin davam etdiyini qeyd edib.

O, Odessa şəhərində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Zelenski ölkəsinə edilən hücumları "terror hücumu" kimi qiymətləndirib.

Şəbnəm Mehdizadə