- 18:27
Türkiyənin Sivas şəhərində gənədən ölənlərin sayı artıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sivasın Gölova rayonunda yaşayan 67 yaşlı Köpük Merala təxminən bir ay əvvəl gənə yapışıb.
Bir müddət sonra xəstələnən Meral yaxınları tərəfindən Gölova Dövlət Xəstəxanasına aparılıb.
Vəziyyəti pisləşən Meral daha sonra Sivas Xəstəxanasına yerləşdirilib.
Edilən bütün müdaxilələrə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Onun 7 uşaq anası olduğu bildirilib.
Beləliklə şəhərdə gənə dişləməsi nəticəsində həyatını itirənlərin sayı 8-ə çatıb.
Şəbnəm Mehdizadə