Türkiyənin 6 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, saxlanılanlar var


  • 13:14

Türkiyənin 6 vilayətində FETP terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində 45 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

İzmir, Ankara, Aydın, Balıkesir, Kocaeli və Dənizlidə müəyyən edilən ünvanlarda eyni vaxtda həyata keçirilən əməliyyatlarda 40 şübhəli saxlanılıb.

Ünvanlarda aparılan axtarışlarda müəyyən miqdarda pul və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Şübhəlilərdən 3-nün xaricdə olduğu müəyyən edilib.

Qaçan 2 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər