- 18:27
İran ölkə daxili və beynəlxalq reyslərin yerinə yetirilməsinə qadağanın müddətini yerli vaxtla 18 iyun saat 02:00-dək uzadıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.
Qurum vətəndaşları hava limanlarına getməməyə və reyslərin cədvəli üzrə məlumatları yalnız rəsmi mənbələrdən izləməyə çağırıb.