- 18:27
Türkiyənin İstanbul şəhərində iki sərnişin avtobusu toqquşub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Üsküdar rayonunda sərnişin avtobuslarından biri işıqforda gözləyən digər sərnişin avtobusuna çırpılıb.
Nəqliyyat vasitəsində olan sərnişinlər arasında xəsarət alanlar olub. Yaralıların dəqiq sayı açıqlanmayıb.
Şəbnəm Mehdizadə