- 18:27
Türkiyənin Bolu şəhərində yerləşən məşhur olan Gölcük Təbiət Parkında çəhrayı, qırmızı, sarı və ağın müxtəlif çalarlarında su zanbağı çiçəkləri açıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, su zanbaqlarını qıran şəxslər 557 min 212 lirə məbləğində cərimələnəcək.
Ziyarətçilərin diqqətini çəkən güllərin qorunmasına xüsusi diqqət yetirilir.
Gölün ətrafındakı lövhələrlə güllərə toxunmamaq barədə xəbərdarlıq edilib.
Aidiyyəti qurumun əməkdaşları vaxtaşırı olaraq göl ətrafında yoxlamaları aparır.
Şəbnəm Mehdizadə