- 22:21
İsrail hakimiyyəti hazırda İranla vəziyyətin sabitləşdirilməsi ilə bağlı danışıqlarda iştirak etmir.
E-huquq.az “İnterfaks"a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.
"Biz danışıqlar aparmırıq və İsrail vətəndaşlarına ziyan dəyməsinə imkan verməyəcəyik", - o qeyd edib.
ABŞ-nin İranla bağlı İsrailin hərbi kampaniyasına qoşulub-qoşulmayacağı sualına cavab olaraq Kats ABŞ-ni İsrailə İranın hücumlarından qorunmağa kömək edən "böyük dost" adlandırıb.
"ABŞ Prezidentinin qəbul etdiyi qərarlar yalnız bu ölkənin qərarlarıdır və biz onların hər birinə hörmət edəcək, istənilən yardıma görə minnətdar olacağıq", - nazir əlavə edib.