- 01:06
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
E-huquq.az xəbər verir ki, bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Əhmədinejadın ofisi bu məlumatı yalan adlandırıb.
***
21.03
İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad öldürülüb.
E-huquq.az xəbər verir ki, bu barədə Vista.ir məlumat yayıb.
İddiaya görə, sabiq dövlət başçısı Tehranda küçədə gəzdiyi zaman qətlə yetirilib. Sayt hadisə ilə bağlı məlumatın rəsmi təsdiqini tapmadığını bildirir.
Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İran İslam Respublikasının Prezidenti olub. Növbəti seçkilərdə prezident seçkilərində iştrak üçün müraciət etsə də Konstitusiya Keşikçiləri Şurası tərəfindən qadağa ilə üzləşib.