İran “Mossad”ın qərargahına hücumda izlənilməsi mümkün olmayan raketlərdən istifadə etdi


  • 17 İyun 23:31

İran İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar İdarəsinin (Mossad) Təl-Əviv yaxınlığında yerləşən qərargahına zərbələr endirmək üçün izlənilməsi və ya tutulması mümkün olmayan raketlərdən istifadə edib.

E-huquq.az xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Təlayiniq bildirib.

“Bugünkü hücumda (Mossadın qərargahına - Qeyd) izlənilə və ya tutula bilməyən raketlərdən istifadə etdik”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin "Glilot" hərbi kəşfiyyat bazasına və “Mossad”ın qərargahına raket zərbəsi endirib.

Oxşar xəbərlər