- 14:42
Ukrayna prezidenti Volodimir Zelenski Kanadaya səfərini yarımçıq qoyaraq Kiyevə qayıtmalı olub.
E-huquq.az “Unian”a istinadən xəbər verir ki, prezident iyunun 17-nə keçən gecə Kiyevin atəşə tutulmasından və ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı G7 sammitini buraxmaq qərarından sonra Kanadaya səfərini yarımçıq qoymalı olub.
Bildiririlib ki, Zelenski Kananaskis danışıqları başa çatdıqdan sonra Ukraynaya qayıdacaq.
O, Kalqaridə planlaşdırılan mətbuat konfransını da ləğv edib.
Humay Eminqızı