- 14:42
Türkiyənin Sakarya şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, Sakaryanın Karasu rayonunda iki motosiklet və bir avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
Motosikletlərdən birində yanğın baş verib.
Hadisə yerinə tibb, jandarma və xilasetmə qrupları cəlb edilib.
Yaralılar Karasu və Kocaali dövlət xəstəxanalarına aparılıb.
Xilasetmə qrupları tərəfindən söndürülən yanğın motosikleti yararsız hala salıb.
Şəbnəm Mehdizadə