- 14:26
İndoneziyanın Şərqi Nusa Tengqara əyalətində Levotobi Laki-Laki vulkanı püskürüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İndoneziya Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzi məlumat yayıb.
Vulkanının püskürməsindən sonra ən yüksək həyəcan səviyyəsinə çatılıb.
Açıqlamada vulkanın təqribən 10 min metr yüksəkliyə kül püskürdüyü bildirilib.
Vulkanın ətrafındakı 8 kilometrlik radius təhlükə zonası olaraq təyin olunub.
Təbii fəlakət nəticəsində ölən olmayıb.
Qeyd edək ki, İndoneziyada 130 aktiv vulkan var. 2024-cü ilin noyabrında Levotobi Laki-Laki vulkanının püskürməsi nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb.
Şəbnəm Mehdizadə