- 17:17
ABŞ-nin Los-Anceles şəhərində ölkə tarixində ən böyük zərgərlik oğurluğu hadisəsi baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, şübhəlilər 2022-ci ilin iyul ayında zirehli yük maşınından təxminən 100 milyon dollar dəyərində qızıl, brilyant, yaqut, zümrüd və dəbdəbəli saatlar oğurlayıblar. Kaliforniya Prokurorluğunun məlumatına görə, hadisədən sonra şübhəlilər oğurlanmış mallarla birlikdə Şərqi Hollivuda gediblər. İttihama görə, şübhəlilər hadisədən sonrakı günlərdə telefonlarını sıradan çıxarıblar.
Bildirilib ki, bazar ertəsi keçirilən əməliyyatlar zamanı bəzi qızıl-zinət əşyaları götürülüb. Lakin oğurlanan malların ümumi dəyəri açıqlanmayıb və itən qızıl-zinət əşyalarının taleyi məlum deyil.
Şübhəlilərin hadisədən bir qədər əvvəl dövlətlərarası daşınmalardan yüz minlərlə dollar dəyərində Samsung elektronikası və təxminən 60.000 dollar dəyərində Apple şirkətinə məxsus məhsul oğurladığı məlum olub.
ABŞ tarixində rekord qıran bu soyğunun məhkəməsi yaxın həftələrdə başlayacaq.
Şəbnəm Mehdizadə