- 16:33
Rusiyanın Moskva şəhərində yerləşən "Metropolis" ticarət mərkəzində yanğın baş verib.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yanğın binanın mənfi birinci mərtəbəsində başlayıb və digər hissələrə keçib.
Binadan 30 nəfər təxliyə edilib.
Yanğın qısa müddət ərzində söndürülüb.
Humay Eminqızı