- 17:32
Moskvanın Taqanski Məhkəməsi “Apple” şirkətini 3 milyon rubl məbləğində cərimə edib.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 13.41-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqda təqsirli bilinib
"Apple" öz platformalarından qadağan olunmuş məlumatları silmədiyinə görə məhkəmə belə bir qərar qəbul edib.
Qeyd edək ki, bu, "Apple" şirkətinə qarşı çıxarılan ilk qərar deyil. Belə ki, məhkəmə şirkəti əvvəllər də ciddi məbləğdə cərimələyib.
Humay Eminqızı