- 20:15
İsrailin Qəzzaya hücumları nəticəsində son 24 saatda 144 fələstinli həyatını itirib.
E-huquq.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, 560 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da əldə edilən atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 5 334 fələstinli həyatını itirib, 17 839 fələstinli isə yaralanıb.
Ümumilikdə isə İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 55 637-yə, yaralıların sayı isə 129 880-ə çatıb.
Humay Eminqızı