Rusiyalı deputat rus dilini zəif bilən uşaqların məktəblərə buraxılmamasına etiraz edib


  • 17:17

Rusiyalı deputat Konstantin Zatulin rus dilini zəif bilən miqrant uşaqların məktəblərə getməsinə icazə verilməməsi fikrini tənqid edib.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, deputat məsələ ilə bağlı mövqeyini bildirərək, təşəbbüsün əleyhinə çıxış edib.

Millət vəkilinin sözlərinə görə, miqrant uşaqları məktəblərə buraxmasalar, onlar küçədə və ya bazarda tərbiyə alacaqlar. O əlavə edib ki, məktəblərdə əcnəbi uşaqların rus dilini bilməməsi aradan qaldırılmalıdır.

Qeyd edək ki, 2025-ci ildə Rusiya miqrant uşaqların rus məktəblərinə yazılmazdan əvvəl onların rus dilini bilmələrini yoxlamağa başlayıb. 1762 nəfərdən yalnız 27-si imtahandan keçib.

Humay Eminqızı

Oxşar xəbərlər