Yaponiya Ukraynaya 3,3 milyard dollar köçürəcək


  • 17:32

Ukrayna tezliklə Yaponiyadan dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına təmin edilmiş 3,3 milyard dollar alacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak özünün "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, ümumilikdə Yaponiyanın Ukraynaya göstərdiyi yardımın həcmi artıq 12 milyard dolları keçib.

Kanadada keçirilən G7 sammiti çərçivəsində Zelenski Yaponiyanın baş naziri Sigeru İsiba ilə görüş keçirib və ona sistemli dəstəyə görə təşəkkür edib.

Öz növbəsində, İsiba bildirib ki, davamlı sülh yalnız Ukraynanın ərazi bütövlüyünün bərpası ilə mümkündür.

Tərəflər, həmçinin Ukraynanın dronlara, hava hücumundan müdafiə sistemlərinə və enerji obyektlərinin zərbələrdən qorunmasına olan ehtiyaclarını müzakirə ediblər. PUA istehsalında əməkdaşlıq, Yaponiyanın investisiyaları və Ukraynanın bərpasında Tokionun iştirakı barədə razılıqlar əldə olunub.

Humay Eminqızı

Oxşar xəbərlər