- 18 İyun 23:46
İranda "Sepah" və "Pasargad" bankları kiberhücuma məruz qalıb.
E-huquq.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Muhacerani ölkədə baş verən son hadisələrlə bağlı mətbuata açıqlaması zamanı bildirib.
O, sözügedən hücumun məlumat sızması məqsədi daşımadığını, bank əməliyyatlarının pozulması ilə əlaqədar olduğunu bildirib.
Bank müştərilərinin məlumat təhlükəsizliyi ilə bağlı narahatlığa ehtiyacı olmadığını bildirən Muhacerani, məsələ ilə mütəxəssislərin məşğul olduğunu və bu problemin qısa zamanda həll olunacağını bildirib.
Sözçü yollarda sıxlıq səbəbindən bəzi bank filiallarına nağd pulun çatdırılmasında problemlər yarandığını da vurğulayıb və məsələnin qısa zamanda həll ediləcəyini bildirib.
Humay Eminqızı