Çin öz vətəndaşlarını İran və İsraildən təxliyə edir


  • 18:27

Çin İran və İsraildən vətəndaşlarını təxliyə etməyə başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində keçirdiyi mətbuat konfransında məlumat verib.

O, Çinin Tehrandakı səfirliyi və onun İrandakı konsulluqları qonşu ölkələrin köməyi ilə İrandakı 791 Çin vətəndaşını təhlükəsiz bölgələrə köçürüldüyünü açıqlayıb.

Sözçü qeyd edib ki, 1000-dən çox Çin vətəndaşı təxliyə prosesindədir.

Çin vətəndaşlarının da İsraildən təxliyə edildiyini bildirən Quo, bu ölkədən təxliyə edilənlər üçün rəqəm açıqlamayıb.

Çinin Tehran və Təl-Əvivdəki vətəndaşlarına olduqları ölkələri tərk etməyi tövsiyə ediblər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər