Tehrana hücum: Raket zavodu və polis qərargahı məhv edildi, internet tam bağlandı - YENİLƏNDİ


  • 18 İyun 19:50

İran paytaxtının hava hücumundan müdafiə sistemləri şəhərin mərkəzində işə salınıb.

E-huquq.az xəbər verir ki, yerli KİV paytaxrtda partlayış səslərinin eşidilməsi barədə məlumat yayıb.

***

İsrail Hərbi Hava Qüvvələrinin Tehrana hücumu davam edir.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Hücum zamanı Xocir raket istehsalı zavodu və polis qərargahı məhv edilib.

Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələrinin Tehran və digər bölgələrə son hücumlarından sonra ölkəyə internet verilişi tam bağlandı.

***

İsrail Tehranın şimal-şərqindəki Həkimiyyə rayonu yaxınlığında İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı İmam Hüseyn Universitetinə hücum edib.

E-huquq.az xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

İsrail mətbuatı isə Tehranın dağlıq ərazilərində İran Silahlı Qüvvələrinə məxsus ballistik raket bazalarının məhv edilməsi barədə yazıb.

***

İsrail ordusu Tehranda Qırmızı Aypara Cəmiyyətinin binası yaxınlığına zərbələr endirib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Həmçinin Tehranın şərqində İran Silahlı Qüvvələrinə məxsus hədəflərin vurulduğu bildirilib.

Oxşar xəbərlər