İranı tərk edən hökumət təyyarələri bu ölkəyə endi, Tehrandan açıqlama gəldi - FOTO - YENİLƏNDİ


  • 18 İyun 20:15

İran xarici işlər naziri Abbas Əraqçi Tehran nümayəndə heyətinin Omana səfər etməsi xəbərini təkzib edib.

E-huquq.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı bildirib.

İran hökumətinə məxsus iki təyyarənin Omana enməsi xəbərləri fonunda Maskatda Tehran və Vaşinqton arasında danışıqların olacağı barədə KİV-də məlumat yayılmışdı.

***

İranı tərk edərək Omanın Maskat şəhərinə enən üç təyyarədən ikisi İran hökumətinə məxsusdur.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Söhbət A321 və A340 tipli təyyarələrdən gedir.

***

İranın rəsmi nümayəndə heyəti Omana gəlib.

E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nümayəndə heyətinin hansı məqsədlə Omana gəldiyi məlum deyil.

***

İranı tərk edən hökumətə məxsus iki təyyarə Omana enib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadla İsrail mətbuatı məlumat yayıb.

***

Bir müddət əvvəl İran hökumətinə məxsus təyyarə ölkəni tərk edib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Təyyarədə kimin və ya kimlərin olduğu bildirilməyib.

Oxşar xəbərlər