İran ABŞ-yə nota göndərdi


  • 18 İyun 23:46

İran ABŞ Prezidenti Donald Trampın İslam Respublikası və onun rəhbərliyinə qarşı təhdidlərinə görə ABŞ-yə etiraz notası göndərib.

E-huquq.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir: “ABŞ Prezidentinin məsuliyyətsiz bəyanatlarından sonra İsveçrənin Tehrandakı səfiri, Amerikanın maraqlarını təmsil edən xanım Nadin Lozano Xarici İşlər Nazirliyinə çağırılıb. Ona dərhal ABŞ hökumətinə çatdırılması üçün etiraz notası təqdim edilib”.

Oxşar xəbərlər