İsrail Ordusu: HHQ-nin 60 qırıcısı Tehranda 20 hərbi hədəfi vurub


  • 00:53

İsrailin Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehranda 20 hərbi hədəfə zərbələr endirib.

E-huquq.az xəbər verir ki, bu barədə Ordunun Mətbuat xidməti məlumat yayıb.

İsrailin Müdafiə Ordusu hücum hədəfləri arasında silah istehsalı, sentrifuqa, elmi tədqiqat və təcrübə-konstruktor obyektlərinin olduğunu açıqlayıb. "Bu obyektlər İranın nüvə silahı istehsal etmək üçün uranın zənginləşmə miqyasını və sürətini genişləndirməsinə imkan vermək məqsədi daşıyırdı", - Ordudan bildirilib.

Daha əvvəl İsrailin Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin İsrailin İrana qarşı gün ərzində üçüncü hücum dalğasının başladığını elan edib.

Oxşar xəbərlər