- 16:56
İsrail ordusunun kiberkomandanlıq qərargahı - C4I korpusu və İsrail ordusunun Qav Yamdakı kəşfiyyat mərkəzi bu səhər İranın raket zərbələrinin hədəfi olub.
E-huquq.az xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Qav Yamdakı kəşfiyyat mərkəzi İsrailin cənubundakı Beer Şeva şəhərindəki “Soroka” xəstəxanasının yanında yerləşir. Xəstəxana partlayış dalğasına məruz qalıb və ciddi ziyan görməyib, hərbi infrastruktur isə dəqiq zərbə ilə vurulub.
Humay Eminqızı